AFFA kimi FİFA-nın prezidenti görmək istəyir?

15:36 - 4 Fevral 2016

İnfantinoya dəstək

 

Məlum olduğu kimi, FİFA-nın Seçki Komissiyası prezident vəzifəsinə irəli sürülən 5 namizədi təsdiq edib.

 

Sportal.az xəbər verir ki, namizədlərdən biri UEFA-nın hazırkı  baş katibi Canni İnfantinodur. UEFA-da işlədiyi 15 il ərzində (6 il UEFA-nın baş katibi qismində) cənab İnfantino böyük təcrübə toplayıb və hazırda Avropa futbol ailəsinin ən nüfuzlu mütəxəssislərindən sayılır.

 

2016-cı il yanvarın 19-da Canni İnfantino seçkiqabağı proqramını ictimaiyyətə təqdim edib. Proqram 3 hissədən ibarətdir:

 

1. İslahat və effektiv idarəetmə

2. Demokratiya və yardım

3. Futbolun inkişafı

 

Qeyd olunan proqramla İnfantino dünya futbolunun yaxın illərdə inkişafı haqqında baxışlarını və ideyalarını bölüşüb. UEFA-nın üzvü olan milli assosiasiyaların əksəriyyəti, həmçinin başqa konfederasiyaları təmsil edən bəzi federasiyalar İnfantinoya öz dəstəklərini bildiriblər.

 

AFFA Canni İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəklədiyini bəyan edib.

Xəbər xətti