Azərbaycanda fəaliyyətini dayandıran klubun prezidenti bütün borcunu ödədi

00:47 - 5 Fevral 2016

3 ay yarımlıq maaş ödənilib
 
Azərbaycanın tanınmış iş adamı Hacı İbrahim Nehrəmli (İbrahimov) işçilərinə olan borclarını vermək qərarına gəlib.
 
Sportal.az xəbər verir ki, Nehrəmli fəaliyyətini dayandıran ötən mövsüm futzal üzrə Azərbaycan birinciliyinin çempionu olmuş "Xəzər Adaları"nda yer almış məşqçi-texniki və oyunçu heyətinin də maaşını verib.
 
3,5 aylıq maaşın, demək olar ki, qalan hissəsi də komanda üzvlərinə bölünüb. Hətta hazırda millimizlə Serbiyadakı Avropa çempionatında iştirak edən braziliyalı legionerlər (Edu, Amadeu və Fineo) də pullarına qovuşub.

Xəbər xətti