Melvin Platye "Hanza"da
"Neftçi"nin sabiq forvardı Melvin Platye özünə yeni klub tapıb.
Sportal.az xəbər verir ki, hollandiyalı futbolçu karyerasını Almaniyada davam etdirəcək. Belə ki, o, bu ölkənin "Hanza" klubuna transfer olunub. Bu barədə Rostok təmsilçisinin rəsmi saytında məlumat verilib. Forvardla müqavilə imzalanıb.
Qeyd edək ki, "Hanza" Almaniyanın 3-cü Liqasında çıxış edir və hazırda 18-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, Platye "Neftçi"də 2013/14 mövsümündə çıxış edib. Daha sonra o, İsveçin "Kalmar", Hollandiyanın "Venlo" və Fransanın "Brest" klublarında oynayıb.