Əsgər Abdullayev: "Futbolçuların göstərdiyi oyundan narazı qaldım"

19:20 - 5 Fevral 2016

"Hakim idarəçiliyi haqda danışmaq istəmirəm"

 

Azərbaycan Premyer Liqasının XX turunda "Neftçi” doğma meydanında "Rəvan”ı qəbul edib. Qarşılaşma 1-1 hesablı bərabərliklə başa çatıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev jurnalistlərin suallarını cavablandırıb:
 
"Bütövlükdə istənilən futbolçumuz zəif oynadı. Futbolçuların göstərdiyi oyundan narazı qaldım. Oyuna hazırlıq zamanı rəqibin hansı səviyyədə olmasını düşünmək lazım deyil. Rəqibi reytinə bölməyə ehtiyac yoxdur. İstənilən komandanı dərk etmək lazımdı. Yəqin futbolçularımız bunu dərk etmirlər. Hakim idarəçiliyi haqda danışmaq istəmirəm. Bu gün "Neftçi” öz oyununu oynamadı. Bunun səbəbi nədir? Bu barədə müzakirə aparacağıq.”

Xəbər xətti