Millimizin baş məşqçisi: "İlk oyunla müqayisədə daha yaxşı oynadıq"

11:55 - 6 Fevral 2016

"Lakin bir müsbət məqam vardı ki, hesabda öndə olan tərəf biz idik"
 
"Ağır oyun oldu. Xüsusilə birinci hissədə çox çətinlik çəkdik. Lakin bir müsbət məqam vardı ki, hesabda öndə olan tərəf biz idik. Yəni hesabı bərabərləşdirmək barədə biz yox, rəqib komanda düşünməli olurdu".
 
Sportal.az xəbər veirr ki, bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino Perez "Avro-2016"nın final mərhələsində Çexiyaya qalib gəldikləri (6:5) görüşdən sonra deyib.  Perez komandasının ilk oyunla müqayisədə daha yaxşı oynadığını bildirib:
 
"Düşünürəm ki, ilk oyunla müqayisədə daha yaxşı oynadıq. Rəqibimizdən çox qol vurmağı bacardıq və qələbə qazandıq”.

Xəbər xətti