"İnanılmaz səhvlər buraxdıq"
Xəbər verdiyimiz kimi, futzal üzrə AVRO-2016-nın final mərhələsi çərçivəsində millimiz Çexiyanı 6:5 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, Çexiya yığmasının baş məşqçisi Tomas Noyman oyundan sonra bunları qeyd edib:
"Matça yaxşı hazırlaşmışdıq. Şanslarımızdan istifadə edə bilmədik. Son anlarda səbirli oynamadıq. İlk 5 dəqiqə ərzində problemsiz müdafiə olunduq. Lakin sonra inanılmaz səhvlər buraxdıq və qapımızda ardıcıl iki qol gördük. İtaliyaya qarşı yaxşı hazırlaşmalıyıq və inanılmazı bacarmalıyıq. İtaliya burada yaxşı oyun sərgiləyir və ilk görüşdə Azərbaycanı məğlub etdi. Biz rəqibi təəccübləndirməliyik".
saytlarin hazirlanmasi