Millimiz 1/4 finala necə yüksələ bilər?

16:31 - 6 Fevral 2016

İtaliya məğlub olsa da...

 

Serbiyanın paytaxtı Belqradda futzal üzrə Avropa çempionatının final mərhələsi davam edir.

 

Sportal.az xəbər verir ki, D qrupunda yer alan millimiz startda İtaliyaya 0:3 hesabıyla uduzmuşdu. Amma ötən gecə Çex Respublikası ilə qarşılaşma futzalçılarımız üçün uğurlu alındı və 6:5 hesablı qələbəyə sevindilər. 

 

Bu qələbə millimizi 1/4 finala çıxara bilər. Amma millimizin taleyi İtaliyanın əlindədir. Belə ki, italyanlar fevralın 7-də keçiriləcək çexlərlə görüşdə hətta heç-heçə də etsələr, Azərbaycan pley-offa yüksələcək. Çexlərin İtaliyaya hətta minimal hesabla qalib gəlməsi də komandamızın uğuruna problem yaratmayacaq.

Xəbər xətti