"Neftçi" "Xəzər Lənkəran"la oyunöncəsi bombardirini itirdi

00:19 - 7 Fevral 2016

"Ağ-qaralar"da iki itki
 
Premyer Liqanın XXI turu çərçivəsində "Xəzər Lənkəran"la qarşılaşacaq "Neftçi" "Böyük oyun"a ciddi itkilərlə çıxacaq.
 
Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın heyətində müdafiəçi Jairo "Rəvan"la oyunda qırmızı vərəqə alaraq cəzalı duruma düşüb. Bundan başqa paytaxt klubunun hücumçusu Ruslan Qurbanov da cənub təmsilçisi ilə oyunu buraxacaq.  Qurbanov "Rəvan"la matçın ikinci yarısında sarı vərəqə alaraq "Xəzər Lənkəran"la oyun öncəsi cəzalı duruma düşüb. Ruslan Qurbanov 7 qolla komandanın ən sərrast futbolçusudur.
 
Qeyd edək ki, "Neftçi" - "Xəzər Lənkəran" matçı fevralın 13-də keçiriləcək.

Xəbər xətti