Aparıcı futbolçusu cəzalı duruma düşüb
Azərbaycan Premyer Liqasının XXI turunda doğma meydanına "Qarabağ”ı qəbul edəcək "Kəpəz” oyuna ciddi itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi aparıcı yarımmüdafiəçisi Budaq Nəsirovun xidmətindən istifadə edə bilməyəcək. Buna səbəb Budaqın cəzalı durumda olmaslıdır. Premyer Liqanın XX turunda AZAL-la qarşılaşmada sarı vərəqə alan Nəsirov cəzalı duruma düşüb.
Qeyd edək ki, Budaq Nəsirov bundan öncə Premyer Liqanın XIV turunda "Qəbələ”, XVII turunda "Xəzər Lənkəran”, XVIII turunda isə "Neftçi” ilə qarşılşamalarda sarı vərəqə almışdı.
saytlarin hazirlanmasi