İtaliya Çexiyanı darmadağın etdi, millimiz 1/4 finala vəsiqə qazandı

02:26 - 8 Fevral 2016

Qrup ikincisi kimi
 
Serbiyanın paytaxtı Belqradda keçirilən futzal üzrə Avropa çempionatının oyunları davam edir.
 
Sportal.az xəbər verir ki, millimizin yer aldığı D qrupunda son oyun keçirilib. İtaliya Çexiya ilə üz-üzə gəlib. Bu matç komandamız üçün də mühüm əhəmiyyət kəsb edirdi. İtalyanlar ən azı heç-heç edəcəyi təqdirdə yığmamızın 1/4 finala yolunu açacaqdı. Oyun isə İtaliya millisinin 7:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra aktivində xalı olmayan Çexiya millisi qrupda qalıb.
 
Qeyd edək ki, ilk matçında İtaliyaya 0:3 hesabı ilə uduzan Azərbaycan millisi ikinci görüşündə Çexiyaya 6:5 hesabı ilə qalib gəlib. Bununla da, millimiz 3 xalla qrup ikincisi kimi 1/4 finala adlayıb.
 

Xəbər xətti