Rəhim Həsənov Avropa çempionatına təyinat aldı

16:41 - 8 Fevral 2016

Martın 23-dən 30-dək Hollandiyada keçiriləcək 

 

FİFA referisi Rəhim Həsənov və FİFA referi köməkçisi Namiq Hüseynov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinə təyinat alıb.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, hakimlərimiz martın 23-dən 30-dək Hollandiyada keçiriləcək 4-cü qrupun oyunlarında iştirak edəcəklər. 

Bu qrupda Hollandiya, Polşa, Ukrayna və Şimali İrlandiya yığmaları mübarizə aparacaq.

Xəbər xətti