Müqavilə imzalanacaq
"Neftçi" heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, bir müddətdi "ağ-qaralar"ın heyətində baxışda olan Anton Krivotçukla bağlı qərar verilib. Belə ki, gənc futbolçunun çıxışı baş məşqçi Əsgər Abdullayevi qane edib.
Klubun mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə 18 yaşlı müdafiəçi ilə bağlı sənədləşmə işləri görülür. Sənədləşmə işləri həll olunduqdan sonra gənc cinah müdafiəçisi ilə müqavilə imzanalacaq və onun "Neftçi" forması geyməsi üçün heç bir əngəl qalmayacaq.
Qeyd edək ki, milliləşdirilmiş futbolçu Robert Prosineçkinin gəlişindən sonra millimizə dəvət alıb. Sol cinah müdafiəçisi son olaraq Ukraynanın “Zirka” klubunda çıxış edib.
saytlarin hazirlanmasi