AVRO-2016-nın ilk yarımfinalçısı məlum oldu

00:45 - 9 Fevral 2016

Serbiya yıması Ukraynanı məğlub etdi
 
Futzal üzrə Avropa çempionatında 1/4 final mərhələsinin oyunlarına start verilib.
 
Sportal.az xəbər verir ki, ilk oyunda Serbiya millisi Ukrayna ilə qarşılaşıb. Gərgin keçən oyunda Serbiya millisi Ukraynanı 2 - 1 hesabı ilə məğlub edib və yarımfinala vəsiqə qazanıb.
 
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə 21:30-da keçiriləcək Azərbaycan - Rusiya matçında qalib gələn komanda yarımfinalda Sebiya yığması ilə qarşılaşacaq.

Xəbər xətti