"İtaliyanın 2-ci qolundan sonra həyəcan öldü"
Bu gün futzal üzrə AVRO-2016-nən 1/4 final mərhələsi çərçivəsində Azərbaycan - Rusiya matçı keçiriləcək.
Sportal.az xəbər verir ki, millimizin baş məşqçisi Faustino Perez UEFA-nın rəsmi saytına açıqlama verib:
"Qrupdan çıxmaq istəyirdik və bunu da bacardıq. İtaliya - Çexiya matçını həyəcanla izləyirdik. Lakin, italyanların 2-ci qolundan sonra həyəcan öldü. Ümid edirəm ki, bu mərhələyə yüksəlmək bizə əlavə güc və özünə inam verib. Rusiya yığmasını yaxşı tanıyıram. Onlar yaxşı oyun nümayiş etdirir və rəqibə oynamağa da imkan vermir".
saytlarin hazirlanmasi