Avroliqaya qatılacağı halda...
"Kəpəz" azarkeşləri Gəncə şəhər stadionunun acınacaqlı durumu ilə bağlı bəyanat yayıblar.
Sportal.az sizi həmin bəyanatla tanış edir:
"Hamımızın gördüyü kimi "Kəpəz" Avrokuboklara vəsiqə uğrunda böyük addımlar atır. "İnter" UEFA tərəfindən qadağaya məruz qala bilər, "Zirə" isə yüksək liqada ilk dəfə çıxış etdiyi üçün 2016/2017 mövsümündə Avroliqada çıxış edə bilməz. Bu isə onsuz da yüksək olan şanslarımızı daha da artırır. Amma təəssüf ki, Avroliqaya qatılacağı halda, "Kəpəz" ev oyunlarını Bakıda keçirmək məcburiyyətində qalacaq. Çünki stadionumuzun hazırkı vəziyyəti standartların qat-qat altındadır. Son və əvvəlki oyunlarda da CBC Sport şərhçiləri bu məqama dəfələrlə toxunublar. Əslində bu mövzunu əsas gündəmə gətirə bilsək, bu işlə bağlı ciddi təmir başlanılsa, yaya kimi stadionu UEFA-nın tələblərinə uyğun vəziyyətə gətirmək olar. Necə ki Bakı Olimpiya stadionu kimi böyük stadion qısa müddətdə tikilib təhvil verildi. Ölkənin ikinci böyük şəhərinin stadionunu da yaya kimi ideal vəziyyətə gətirmək bir neçə aya mümkün olar. Hər oyun stadiona heç 1000 nəfər azarkeş yığa bilməyən komandaların stadionu hər oyun azarkeş rekordları qıran "Kəpəz"imizin stadionundan qat-qat ideal vəziyyətdədir. Belə getsə, nəinki Avroliqa, həmçinin ev oyunlarını da Bakıda keçirməli olacağıq. Çünki günü-gündən stadionun vəziyyəti bərbad hala düşür. Hələki az da olsa vaxtımız var".
"Kəpəz" azarkeşləri xahiş edir ki, Gəncə şəhər stadionunda da əsaslı təmir işləri başlanılsın!
saytlarin hazirlanmasi