Hakimlər briqadasını təhqir etdiyinə görə
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az xəbər verir ki, iclasda futzal üzrə Azərbaycan çempionatının "Sədərək" - FHN matçı ilə bağlı qərarlar qəbul olunub.
5 fevral 2016-cı il futzal üzrə Azərbaycan birinciliyini “Sədərək” – FHN matçının 7-ci dəqiqəsində “Sədərək” klubunun 99 №-li futbolçusu Əli Abbasov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.
Oyunun 7-ci dəqiqəsində “Sədərək” komandasının 7 №-li futbolçusu Elxan Abbasov aqressiv hərəkət, hakimə qarşı fiziki təsir və qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqdan sonra hakimlər briqadasını təhqir etdiyinə görə 1 il müddətinə futbol oyunlarından kənarlaşdırılır.
Oyunun 7-ci dəqiqəsində “Sədərək” komandasının 85 №-li futbolçusu Şahin Alırzayev aqressiv hərəkət, hakimə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 5 oyunluq cəzalanır. “Sədərək” klubu oyunu davam etdirməkdən imtina etdiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir.
saytlarin hazirlanmasi
