"Kəpəz" sabah başlayır

16:07 - 9 Fevral 2016

Komanda istirahətə buraxılıb

 

Premyer Liqanın XX turunda keçirilən “Kəpəz” – AZAL oyununun (2:0) ardından Bakıya qayıdan Gəncə klubunun futbolçuları dünən bərpaedici hazırlıqdan sonra istirahətə buraxılıb.

 

Sportal.az xəbər verir ki, komanda məşqlərə sabah start verəcək.

 

Çempionatın XXI turunda Gəncədə “Qarabağ”la qarşılaşacaq “sarı-göylər” məşqləri “Dalğa Arena”da keçəcək. Fevralın 12-nə kimi bu stadionda hazırlaşacaq “Kəpəz” ayın 13-də Nizami yurduna qayıdacaq. Hazırlıq planına əsasən, Ağdam təmsilçinə qarşı oyunun son məşqi matçın keçiriləcəyi Gəncə şəhər stadionuna təyin olunub.

Xəbər xətti