"Hesabın böyük olması isə son 2 dəqiqədə daha çox risk etməyimizlə bağlı idi"
"Futzal üzrə milli komandamızın baş məşqçisi Tino Peres “Avro-2016”nın 1/4 final mərhələsində Rusiyaya uduzduqları oyundan (2:6) sonra matç haqda fikirlərini səsləndirib.
Sportal.az xəbər verir ki, Peres təcrübəsizlikdən məğlub olduqlarını bildirib:
“İlk növbədə, Rusiya millisini qələbə qazanması və növbəti mərhələyə yüksəlməsi münasibətilə təbrik edirəm. Bu fikrimi növbəti dəfə səsləndirirəm ki, məğlub olmusansa, çox danışmaq münasib deyil. Əlbəttə, uduzmaq istəmirdik. Müəyyən epizodlarda qol vurmaq şanslarımız da oldu, lakin yararlana bilmədik. Rəqib isə təcrübəsi hesabına qələbə qazana bildi. Hesabın böyük olması isə son 2 dəqiqədə daha çox risk etməyimizlə bağlı idi”.
saytlarin hazirlanmasi