AVRO-2016-da daha 2 yarımfinalçı

10:07 - 10 Fevral 2016

Qazaxıstandan gözlənilməz qələbə

 

Serbiyada keçirilən futzal üzrə Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub. 

 

Sportal.az xəbər verir ki, Rusiya Azərbaycanı 6:2 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırb. 1/4 finalın son matçında isə sensasiya qeydə alınıb. Son Avropa çempionu İtaliya yarışın debütantı Qazaxıstan qarşısında aciz qalıb. Sonuncular bu matçda 5:2 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, 1/4 final mərhələsi başa çatdıqdan sonra yarımfinal cütləri müəyyənləşib. Fevralın 11-də keçiriləcək mərhələnin ilk oyununda Serbiya Rusiya ilə, ikinci matçda İspaniya Qazaxıstanla qarşılaşacaq.

Xəbər xətti