"Rəvan"ıb sabiq futbolçusu: "Bakı bahalı şəhərdir"

14:14 - 10 Fevral 2016

"Məşqçi mənə etibar edirdi"

 

Qış fasiləsində "Rəvan"dan ayrılan ukraynlaı qapıçı Konstantin Maxnovski ölkəsinin mətbuatına maraqlı açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, Maxnovski bunları qeyd edib: 

 

"Mən "Rəvan"da ilk iki dövrədə 18 matçda forma geyindim. Məşqçi mənə hər oyunda etibar edirdi. Sadəcə klubun maliyyə vəziyyəti yaxşı deyildi. Yeni il yaxınlaşdıqca orda durum bir az da korlandı. Bütün legionerlər komandanı pula görə tərk etdi. Bakı bahalı şəhərdir. Orda qəpik-quruşla yaşamaq mümkün deyil”.

Xəbər xətti