Lavezzi Asiya yolunda
Daha bir ulduz futbolçu karyerasını Çində davam etdirəcək.
Sportal.az xəbər verir ki, PSJ-nin argentinalı futbolçusu Ezeqiel Lavezzi Çin Super Liqasında mübarizə aparan "Hebei Çin Fortune" komandası ilə razılığa gəlib. Bu barədə Fransanın məşhur L'Equipe nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, futbolçu Çin klubu ilə razılıq əldə edib. Razılaşmaya əsasən o, Asiya qitəsində illik 12 milyon avro sabit maaş alacaq. 30 yaşlı futbolçunun bonuslarla birlikdə illik qazancı 15 milyon avro təşkil edəcək.
Qeyd edək ki, "Hebei Çin Fortune" klubu daha öncə "Beşiktaş"ın futbolçusu Ərsan Gülümü də transfer etmişdi.
saytlarin hazirlanmasi