Hollandiya ilə qarşılaşacaq
Futzal üzrə DÇ-2016-nın Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda təşkil olunan tədbirdə seçmə mərhələni qrup qalibi kimi başa vuran Azərbaycan yığmasının rəqibi də bəlli olub. Belə ki, pley-off mərhələsində millimiz Hollandiya ilə qarşılaşacaq.
Qeyd edək ki, pley-offun ilk matçını səfərdə keçirəcək komandamız martın 22-də ilk sınağına çıxacaq. Aprelin 12-də Bakıda baş tutacaq cavab oyununda isə Kolumbiyaya vəsiqənin sahibi bilinəcək.
saytlarin hazirlanmasi