"Xəzər Lənkəran"ın futbolçusu: "Biz onlardan üstün futbol göstərib meydandan qalib ayrılacağıq"

20:34 - 12 Fevral 2016

"Lənkərana qələbə ilə qayıtmaq istəyirik"

 

Premyer Liqanın 21-ci turu çərçivəsində "Xəzər Lənkəran" sabah səfərdə "Neftçi" ilə qarşılaşacaq.

 

"Ağ-yaşıllar"ın futbolçusu Orxan Səfiyaroğu "Böyük oyun"la bağlı fikirlərini Sportal.az-a açıqlayıb.

 

Gənc futbolçu bu qarşılaşmanın əhəmiyyətindəndən danışıb: "Nə deyə bilərəm. Başqa klublarda oynadığım zaman həmişə “Neftçi” – “Xəzər Lənkəran” oyununun ab-havası bir futbolçu kimi mənə maraqlı gəlirdi. İndi özüm “Xəzər Lənkəran”ın şərəfini qoruyuram. "Böyük oyun"un futbolçu üçün də, azarkeş üçün də nə qədər əhəmiyyətli olduğunu gözəl dərk edirəm. Ona görə də qarşılaşmaya çox ciddi hazırlaşmalıyıq. Maksimum nəticə göstərib Lənkərana qələbə ilə qayıtmaq istəyirik".

 

25 yaşlı yarımmüdafiəçi şansların bərabər olduğunu bildirib: "Komandamızda vəziyyət yaxşıdı. Oyuna yaxşı hazırlaşmışıq. İndiki vəzəiyyətdə şanslar 50/50-yədi. Hər iki komanda yalnız qələbə qazanmaq üçün mübarizə aparacaq. Amma inanıram ki, biz onlardan üstün futbol göstərib meydandan qalib ayrılacağıq". 

Xəbər xətti