"O, Azərbaycanın ən istedadlı futbolçularınnan biridi"
"Kəpəz" - "Qarabağ" matçını canlı izləyən milli komandamızın baş məşqçisi Robert Prosineçki matçdan sonra CBC Sport kanalına açıqlama verib.
Sportal.az xəbər verir ki, xorvat mütəxəssis matçdan razı qaldığını bildirib: "Oyundan həzz aldım. Baxmayaraq ki, meydan ideal vəziyyətdə deyildi. Hər iki komanda layiqli mübarizə apardı. Oyundan tam razı qaldım".
Təcrübəli çalışdırıcı Namiq Ələsgərovun oyunundan da danışıb: "Namiq sevindirici haldır ki futbola qayıdıb, Onun oyunundan həzz alıram. Son həftələrdə öz sözünü deyir. Təəsüfler olsun ki Malta ilə matçdan sonra o zədələndi. Çox sevindirici haldır ki, Ələsgərov uzun fasilədən sonra öz formasına qayıdıb. O, Azərbaycanın ən istedadlı futbolçularınnan biridi. 19 yaşından milli komandaya dəvət edirəm".
Prosineçki mart ayında Qazaxıstanla keçiriləcək yoldaşlıq oyunu ilə bağlı da açıqlama verib: "Hələ tələsməyək. Həmin oyuna çox qalıb. Mart ayında toplanış olacaq və qazaxlarla yoldaşlıq oyunu keçirəcəyik. Moldova ilə matçda gənc futbolçular özlərini sübut etdilər. Amma hələ bir ay var, gözləmək lazımdı".
saytlarin hazirlanmasi