Erat "Fortuna"dan ayrılacaq
Azərbaycan milli komandasının üzvü Tuğrul Erat "Fortuna"dan ayrılacaq.
Sportal.az xəbər verir ki, bu barədə Düsseldorf klubunun idman direktoru Raşid Azuzi məlumat verib.
Klub rəsmisi bildirib ki, yaya qədər bir neçə futbolçunun müqaviləsini yeniləməyəcəklər. Həmin futbolçulardan biri də millimizin üzvü Tuğrul Eratdır.
Tuğrul Erat "Fortuna"nın yetirməsidi. O, 2010-cu ildən çıxış etdiyi klubun U-23 komandasında 105 oyun keçirib. 2013/14 və 2014/15 mövsümlərində əsas komandaya cəlb olunub və II Bundesliqada 34 oyun keçirib.
saytlarin hazirlanmasi