22-ci tur
Almaniyanın Şimal-Şərq Regional Liqasında 22-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası "Germaniya Halberştadt" klubu növbəti matçın keçirib. Dadaşovun komandası doğma meydanda "Budissa Bautzen"lə qarşılaşıb. Matç 3 - 0 hesabı ilə futbolçumuzun komandasının xeyrinə başa çatıb. Rüfət Dadaşov bu matça start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib. Dadaşov 70-ci dəqiqədə komandasının 3-cü qoluna imza atıb.
Qeyd edək ki, "Germaniya Halberştadt" 22 turdan sonra 13 xal toplayıb və 17-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi