U-17-nin növbəti sınağı
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasını (U-17) Avropa çempionatının final mərhələsinə hazırlıq çərçivəsində növbəti sınaq gözləyir.
Sportal.az xəbər verir ki, Təbriz Həsənovun yetirmələri Rusiyadan sonra ukraynalı həmyaşıdları ilə qüvvələrini sınayacaq. Həmin yoxlama oyunları da 2 gündə və Bakı Olimpiya Stadionunda baş tutacaq. Martın 1-də və 3-də olacaq görüşlər saat 16:00-da başlayacaq.
Qeyd edək ki, Təbriz Həsənovun komandası ötən həftə Rusiya U-17-si ilə ilk oyunda 1:5 hesabı ilə darmadağın olunmuş, ikinci matçda isə 1:0 hesablı qələbə qazanmışdı.
saytlarin hazirlanmasi