"Çalışacağıq ki, zamandan səmərəli istifadə edək"
"Birinci hissədə pis oynamadıq. Amma fasilədən sonra eyni tempdə davam edə bilmədik”.
Sportal.az xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov deyib.
O, Ukrayna millisi ilə bu gün keçirilən yoxlama oyunu haqda fikirlərini açıqlayıb:
"Bunun səbəbi müəyyən qədər yorğunluq olmasıdır. Bir neçə gün əvvəl Rusiya yığması ilə 2 yoldaşlıq oyunu keçirmişik. Oyunun gedişində müəyyən dəyişikliklər etmək üçün fasilədə əvəzetmələri də sınadıq. Amma bu gün heyətdə olan futbolçuların hamısı eyni səviyyədə deyil. Axtarışlarımız davam edir. Avropa çempionatının başlanmasına təxminən 2 ay vaxt qalır. Çalışacağıq ki, zamandan səmərəli istifadə edək".
Qeyd edək ki, Bakıda keçirilən matçda qonaqlar qalib gəlib – 2:0.
saytlarin hazirlanmasi