Təbriz Həsənov: "Kəsərli hücumlar qurmaq üçün sürətimiz çatmırdı"

19:21 - 3 Mart 2016

"Hücumda istədiyimiz kimi çıxış etmədik"

 

“Birinci hissədəki oyunumuz son 4 qarşılaşmada nümayiş etdirdiyimiz ən zəif oyun idi. Fasilədə komanda ilə söhbət etdik və ikinci hissədə nisbətən daha yaxşı oynaya bildik”.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Təbriz Həsənov deyib.

 

U-17 millimiz bu gün ukraynalı həmyaşıdları ilə yoxlama görüşü keçirib və meydanı məğlubiyyətlə (0:1) tərk edib.

 

Matçla bağlı fikirlərini bölüşən Həsənov komandadakı çatışmazlıqları aradan qaldırmağa və Avropa çempionatında daha yaxşı çıxış etməyə çalışacaqlarını bildirib: “Hücumda istədiyimiz kimi çıxış etmədik. Xüsusilə, kəsərli hücumlar qurmaq üçün sürətimiz çatmırdı. Rusiya və Ukrayna yığmalarını müqayisə etsək, ikincilərin daha güclü olduğunu qeyd edə bilərəm. Keçirdiyimiz 4 oyun çatışmazlıqlarımızın nədən ibarət olduğunu daha qabarıq göstərdi. Problemləri aradan qaldırıb, Avropa çempionatında yaxşı çıxış etməyə çalışacağıq”.

Xəbər xətti