"Məcburi oynayırdım"
İcarə əsasında "Rayo Vallekano"da çıxış edən Bebe İspaniya mətbuatına maraqlı açıqlamalar verib.
Sportal.az xəbər verir ki, uşaqlar evində böyüyən 25 yaşlı portuqaliyalı hücumçu futbola həvəsi olduğu üçün gəlmədiyini söyləyib:
"Mən futbolu sevmirdim. Açığı, həvəsim də olmayıb. Amma digər uşaqlar futbol oynadıqları üçün mən də məcburi olaraq oynayırdım".
Qeyd edək ki, Bebe müqavilə ilə "Benfika"ya məxsusdur.
saytlarin hazirlanmasi