"Hamı derbidən danışırdı, amma mən "Call of Duty" oynayırdım"

11:11 - 8 Mart 2016

"Deyirdilər ki, Çempionşipə düşəcəyik"
 
"Lester Siti"nin hücumçusu Ceymi Vardi maraqlı açıqlamalar verib.
 
Sportal.az xəbər verir ki, "tülkülər"in 29 yaşlı hücumçusu "Arsenal" - "Tottenhem" matçına baxmadığını bildirib:
 
"Hər kəs derbidən danışırdı. Biz həftəni qalib başa vurmuşduq. Ona görə də bu oyuna maraq kifayət qədər idi. Amma mən bu oyuna baxmamışam. Derbi zamanı mən "Call of Duty" oynayırdım".
 
Premyer Liqanın bombardiri daha sonra sözlərinə belə davam edib:
 
"Çempionata belə başlayacağımıza heç kim inanmırdı. Amma biz özümüzü sübut etdik. Bizim üçün deyirdilər ki, Çempionşipə düşəcəyik. Lakin biz Premyer Liqanın lideriyik və bundan həzz alırıq".
 
Qeyd edək ki, "Lester Siti" 60 xalla Premyer Liqanın lideridir və Ceymi Vardi vurduğu 19 qolla çempionatın bombardiirdir.

Xəbər xətti