İŞİD-dən Droqbaya hücum

12:45 - 9 Mart 2016

"Facebook" hesabı ələ keçirilib
 
"Montreal İmpakt”ın ulduz futbolçusu Didye Droqba xoşagəlməz olayla üzləşib.  
 
Sportal.az xəbər verir ki, Fil Dişi Sahili milli komandasının sabiq forvardının "facebook” hesabı hakerlər tərəfindən ələ keçirilib. 
 
Daha sonra bunun İŞİD terror təşkilatı tərəfinən həyata keçirildiyi bəlli olub. Terrorçular Droqbanın "facebook” hesabında özlərinə aid mesajlar yayımlayıblar.  Hesab "facebook" təhlükəsizlik qurumu tərəfindən geri alınıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. 

Xəbər xətti