Ukrayna milllisi yığmamızla oyundan imtina etdi

02:35 - 11 Mart 2016

Məşqçilər heyəti Rumıniyanı seçdi
 
Ukrayna milli komandası Azərbaycan yığması ilə oynamaqdan imtina edib.
 
Sportal.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının vitse-prezidenti Sergey Laşkil məlumat verib.  Federasiya rəsmisi bildirib ki, millinin yoxlama oyunları keçirəcəyi rəqiblər arasında Azərbaycan yığmasının da adı olub. Lakin, son anda millimizlə oyundan imtian edilib: "Yığmanın məşqçilər korpusuna  növbəti yoxlama oyunlarının siyahısını təqdim etdik. Mayın 29-da İtaliya ərazisində Rumıniya ilə, iyunun 2-si və ya 3-də Albaniya, iyunun 6-da isə Moldova ilə qarşılaşacağıq. Mümkün rəqiblər arasında mayın 29-da Azərbaycanla oyun da var idi. Amma məşqçilər korpusu Rumıniya ilə qarşılaşmağa üstünlük verdilər."
 
Qeyd edək ki, yığmaımız martın sonunda Qazaxıstan milli komandası ilə Antalyada yoxlama oyunu keçirəcək.

Xəbər xətti