Rəqibin heyəti məlumdur
Qazaxıstan yığmasının qarşıdakı iki yoxlama oyunu üçün heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, qazaxlar martın 26-da Azərbaycana, ayın 29-da Gürcüstana qarşı keçirəcəkləri oyunlar üçün 23 futbolçuya dəvət göndəriblər. Martın 21-dən start götürəcək təlim-məşq toplanışına çağırılan oyunçuların siyahısı belədir:
Qapıçılar: David Loriya ("İrtış"), Stas Pokatilov ("Rostov", Rusiya), Vladimir Plotnikov ("Kayrat");
Müdafiəçilər: Qafurjan Suyumbayev ("Ordabası"), Dmitri Şomko ("Astana"), Yuri Loqvinenko ("Astana"), Eldos Axmetov ("İrtış"), Sergey Malıy ("İrtış"), Muxtar Muxtarov ("Ordabası"), Ermek Kuantayev ("Kayrat"), Abzal Beysebekov ("Astana");
Yarımmüdafiəçilər: Serikjan Mujikov ("Astana"), Jakıb Kojamberdı ("Okjetpes"), İslambek Kuat ("Kayrat"), Asxat Taqıbergen ("Astana"), Samat Smakov ("Aktobe"), Maksat Bayjanov ("Şaxtyor"), Ulan Konısbayev ("Atırau"), Timur Dosmaqambetov ("Tobol"), Bauırjan İslamxan ("Kayrat"), Azat Nurqaliyev ("Ordabası");
Hücumçular: Tanat Nuserbayev ("Astana"), Sergey Xijniçenko ("Tobol").
Qeyd edək ki, Azərbaycan və Qazaxıstan yığmaları arasındakı oyun Türkiyədə (Antalya) baş tutacaq.
saytlarin hazirlanmasi