Muradov dublla yadda qalıb
Monteneqroda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Sportal.az xəbər verir ki, Monteneqronun U-19 yığması ilə qarşılaşan futbolçularımız 3:2 hesabı ilə qələbə qazanıb. Yığmamızın heyətində Rövlan Muradov dubl edib. 1 qolun müəllifi isə Murad Xaçayev olub. Bu komandalar arasında martın 17-də növbəti yoldaşlıq oyunu keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
saytlarin hazirlanmasi