"Azərbaycan millisində oyamağa həmişə hazıram"
Eddi İsrafilovun millimizin martın 21-27-də Antalyada keçiriləcək təlim-məşq toplanışına qatılmayacağı haqda məlumat vermişdik.
Sportal.az xəbər verir ki, İsrafilov klubun rəsmi saytına açıqlamasında bunun “Kordoba”nın vacib oyunu ilə bağlı olduğunu bildirib:
“Millidən kənarda qaldığıma görə məyusam. Ancaq bu qərarı mən verməmişəm. Baş məşqçilər belə qərar verdi. Klubuma görə bunu etməli idim. Çünki heyətdə yerimi möhkəmləndirmişəm və bizi qarşıda 2 vacib oyun gözləyir. Belə hallar tez-tez baş vermir. Azərbaycan millisində oyamağa həmişə hazıram”.
Qeyd edək ki, Eddi İsrafilovun çıxış etdiyi “Kordoba” hazırda 46 xalla 5-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi