Yığmamız üçün Lixtenşteyn, Malta və Belarus komandaları
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışı keçəcək.
Sportal.az xəbər verir ki, komandamızın Bakı hazırlığı martın 18-dən 22-dək baş tutacaq. U-16 yığmamız ayın 23-dən 28-dək isə Maltanın Valletta şəhərində keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək. Komandamızın heyəti və oyunlarının təqvimi aşağıdakı kimidi:
Seymur Əliyev, Fərid Nadirov, Hüseyn Hüseynzadə, Xaqani Sadıqov, Şakir Seyidov, Nicat Məmmədov, Nicat Mehbalıyev, Tahir Zeynalov, Kamran Quliyev, Bəşir Ayralov, Sultan Mustafayev, Fərid Mahmudov, Soltan Mürşüdov, Hüseyn Əhmədov, Vüsal Mustafayev, Zahid Mərdanov, Əmrah Zülfüqarlı, Elvin Cəfərquliyev, Elton Əlibəyli, Əli Hacıyev.
Təqvim:
24 mart
16.15 Azərbaycan - Lixtenşteyn
26 mart
13.30 Azərbaycan - Malta
28 mart
13.30 Azərbaycan - Belarus
Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
saytlarin hazirlanmasi