Millimizin sabiq üzvü üçün 90 dəqiqə
Almaniyanın Şimal-Şərq Regional Liqasında 25-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə "Vakker Nordhauzen"lə qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 0:2. Rüfət bu matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, Dadaşovun komandası hazırda 16 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi