Millimizin Antalya toplanışı davam edir

16:00 - 22 Mart 2016

Gündə 1 məşqlə

 

Azərbaycan millisi Türkiyədəki təlim-məşq toplanışını davam etdirir.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Robert Prosineçki futbolçuları gündə bir məşqə çıxarır. Komandanın heyətində zədəli futbolçu yoxdur.

 

Qeyd edək ki, komandamız martın 26-da Antalyada Qazaxıstanla yoxlama oyunu keçirəcək.

Xəbər xətti