Rusiyanın baş məşqçisi: "Komandam Azərbaycanla oyunda ancaq qələbə haqda fikirləşir"

01:00 - 24 Mart 2016

"Qarşılaşmaların Rostova salınması bununla bağlıdır"
 
21 yaşlılardan ibarət millimiz bu gün AÇ-2017 seçmə mərhələsində Rusiyanın qonağı olacaq.
 
Sportal.az xəbər verir ki, Rusiya millisinin baş məşqçisi Nikolay Pisarev oyunöncəsi öz fikirlərini açıqlayıb:
 
"Komandam bu oyunda ancaq qələbə haqda fikirləşir. Milli komandaya dəvət alan futbolçular öz klublarında oyun praktikası qazanıblar, bu da bizi sevindirir. Futbolçuların hamısı gəncdir, hamısı da oynamaq istəyir. Heyətdə kimin yer alması elə də önəmli deyil, əsas odur qələbə qazanaq. Ümid edirəm ki, Rostovda yaşayanlar da bizi dəstəkləyəcək, bu şəhərdə futbola maraq çoxdur. Həm Azərbaycan, həm də Almaniya ilə oyunumuzun bura salınması da bununla bağlıdır. Ümid edirəm ki, sabah hər şey istədiyimiz kimi olacaq. Hazırda  Azərbaycanla oyunu fikirləşirik, yalnız bu matçdan sonra Almaniya ilə qarşılaşma haqda danışarıq.

Xəbər xətti