Millimizin oyununu polşalı hakimlər idarə edəcək

10:17 - 24 Mart 2016

AVRO-2017
 
21 yaşadək futbolçulardan ibarət AVRO-2017-nin seçmə mərhələsində Rusiya və Azərbaycan yığmaları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib.
 
Sportal.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyun polşalı hakimlər briqadasına tapşırılıb. Qarşılaşmanın baş hakimi Tomaş Musial olacaq. Ona həmyerliləri Radoslav Sieyka və Yakub Slusarski kömək edəcək. Tomaş Kviatkovski isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
 
Qeyd edək ki, bu gün "Olimp-2" stadionunda keçiriləcək Rusiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Xəbər xətti