Millimizin baş məşqçisi: "Səfərdə güclü rəqiblə heç-heçə etdiyimiz üçün sevinirik"

23:35 - 24 Mart 2016

"Bu, bizim işimizi bir qədər də çətinləşdirirdi"
 
AÇ-2017-nin seçmə mərhələsində millimiz səfərdə Rusiya ilə 2:2 hesablı heç-heçəyə razılaşıb.
 
Sportal.az AFFA-nın rəsmi saytına istinadən millimizin baş məşqçisi Yaşar Vahabzadənin fikirlərini təqdim edir:
 
"Çətin oyun olacağını bilirdik. Bakıdakı nəticədən sonra rəqibimiz üçün bu qarşılaşmanın prinsipiallığının daha da artdığını düşünürdük. Bir məqam da xüsusi vurğulanmalıdır ki, Rusiya yığmasında məşqçi dəyişikliyi olub və bu, bizim işimizi bir qədər də çətinləşdirirdi. Təbii ki, güclü rəqiblə səfər oyununda heç-heçə etdiyimiz üçün sevinirik. Nəticəni qənaətbəxş sayıram".

Xəbər xətti