Ağayevin əvəzlənmək ehtimalı...
AFFA millimizin Qazaxıstanla yoldaşlıq oyununda Rəşad Sadıqov əvəzlənərkən kapitanlıq sarğısının Bədavi Hüseynova verilməsi məsələsinə aydınlıq gətirib.
Sportal.az xəbər verir ki, ötən mövsüm milli komandanın kapitanı Rəşad Sadıqov, vitse-kapitan Rahid Əmirquliyev, ehtiyat kapitan Vüqar Nadirov olub.
Dünən keçirilən Azərbaycan-Qazaxıstan beynəlxalq yoldaşlıq oyununda kapitan sarğısı ilə meydana çıxan Rəşad əvəzləndiyindən, kapitan sarğısı baş məşqçinin qərarı ilə millidə ən çox oyun keçirən 2 nəfərdən birinə - Kamran Ağayevə və Bədavi Hüseynova verilməli idi. Kamranın ikinci hissədə əvəzlənməsi nəzərdə tutulduğundan, kapitan sarğısı Bədaviyə verildi. Bu oyunu Rahid zədəyə görə buraxmalı olub, Vüqar isə milliyə çağırılmayıb.
Qeyd edək ki, milliyətcə ləzgi olan futbolçunun Azərbaycan millisində kapitanlıq sarğısını daşıması bəzi azarkeşlərin narazılığına səbəb olub.