"Qrupdan çıxa bilsək, bu bizim üçün uğur olacaq"

00:36 - 13 Aprel 2016

"Həmin hesab uşaqlarda istər-istəməz arxayınlıq yaratmışdı"
 
Futzal üzrə dünya çempionatının pley-off mərhələsində keçirilmiş Azərbaycan və Hollandiya yığmaları arasındakı cavab oyunundan (4:4, ilk oyun 5:1) sonra millimizin baş məşqçisi Tino Peres fikirlərini bölüşüb.
 
Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis bunları söyləyib:
 
"Dünya çempionatına vəsiqə qazanmağımız münasibətilə hər kəsi təbrik edirəm. Bu gün yaxşı oynamadıq. Nəticənin bu cür alınmasında Hollandiyada qazandığımız qələbənin də təsiri oldu. Həmin hesab uşaqlarda istər-istəməz arxayınlıq yaratmışdı. Buna baxmayaraq, qarşıya qoyulan hədəfə çatdıq. Dünya çempionatındakı şanslarımız haqda danışmaq tezdir. Bu, püşkdən də asılıdır. Qrupdan çıxa bilsək, bu bizim üçün uğur olacaq”.

Xəbər xətti