Millimizin sabiq üzvündən məktub
"Azərbaycan vətəndaşı olduğuma görə fəxr edirəm".
Sportal.az xəbər verir ki, bu barədə Azərbaycan yığmasının keçmiş futbolçusu Branimir Subaşiçin məktubunda deyilir.
Subaşiç məktubda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində hərbi əməliyyatların son eskalasiyası nəticəsində mülki vətəndaşların və hərbçilərin həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığını bildirib: "Son hadisələr bu torpağı əziz tutan heç kəsi laqeyd qoya bilməz. Mən ölkənizdə, qardaş Azərbaycanda altı il yaşadım. Bu ölkə mənim üçün ikinci Vətən oldu. Qəbələ, Lənkəran və Bakı şəhərləri karyeramdakı uğurların şahidi oldular. Azərbaycana gəlişim həyatımda atdığım ən mühüm addımlardan biridir. Mənim üçün Azərbaycan milli komandasında oynamaq şərəf olub və olacaq. Azərbaycan Respublikasının vətəndaşı olduğum üçün fəxr edirəm".
İdmançı qeyd edib ki, erməni təcavüzünə qarşı göstərdiyi cəsarətə, qəhrəmanlıq və fədakarlığa, Vətənə sədaqətə və onun müdafiəsinə qalxdığına görə əsgər və zabitlər qarşısında baş əyir.
O diqqətə çatdırıb ki, idmandakı bütün dost və həmkarları bu hüznlü gündə həlak olanların matəminə və kədərinə qoşularaq onların ailələrinə dərin başlağlıqlarını bildirirlər.
Subaşiç Azərbaycanda yaşayarkən xalqımızın münaqişə zamanı çəkdiyi əzablar haqqında söhbətlərin bir neçə dəfə şahidi olduğunu, qaçqın və məcburi köçkünlər barədə statistik məlumatların isə onda kədər və şəfqət hissləri doğurduğunu bildirib: "Qarabağ uğrunda müharibə Azərbaycanın öz torpaqları uğrunda müharibəsidir. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Azərbaycanın bu torpaqlarının işğal edilməsi faktı beynəlxalq səviyyədə tanınıb. İnanıram ki, Azərbaycan Respublikasının Prezidenti, Аli Baş Komandan cənab İlham Əliyevin apardığı qətiyyətli siyasət sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq".
Subaşiç Ermənistanın yüksək liqasında iki erməni klubu arasında futbol matçı zamanı Azərbaycana qarşı təxribat törətmiş serbiyalı oyunçu Nemanya Stoskoviçin hərəkətini qətiyyətlə pisləyib və ümid etdiyini bildirib ki, o, səhvini dərk edəcək və belə idmandan kənar hərəkətinə görə Azərbaycan xalqından üzr istəyəcək.
Futbolçu sonda məktubunda Azərbaycana və Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayııb. (Trend.az)
saytlarin hazirlanmasi