Azərbaycanlı futbolçu dünya çempionatına Almaniyanın heyətində gəlir

10:44 - 21 Aprel 2016

AFFA-nın əldən verdiyi gənc Bakıda qonaq qismində
 
17 yaşadək futbolçular arasında Avropa çempionatının Azərbaycanda keçiriləcək final mərhələsinin daha bir iştirakçısı heyətini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, yığmanın baş məşqçisi Meykel Şönveyts Almaniya milli komandasının Bakıya gələcək 18 futbolçusunu müəyyənləşdirib. Almaniyanın U-17 yığmasının tərkibində 10 oyunda 10 qol vuran millimizin sabiq futbolçusu Renat Dadaşov da yığmaya dəvət alıb.
 
2013-2014-cü illərdə Renat Azərbaycan U-16 millisinin heyətində oynayıb. Təxminən elə həmin vaxt onun böyük qardaşı Rüfət Dadaşov da Berti Foqtsun dəvəti əsasında Azərbaycan millisinin heyətinə cəlb olunub. O hətta Azərbaycan millisinin heyətində dörd dəfə fərqlənə də bilib. Lakin Foqtsun gedişindən sonra Rüfət Dadoşov Azərbaycan millisinə dəvət edilmədi, onun balaca qardaşı isə Almaniya millisindən dəvət aldıqdan sonra Azərbaycan millisinin heyətində çıxış etməkdən imtina etdi.
 
Qapıçılar: Kristof Bartels, Lennart Qril (hər ikisi “Mayns”)
 
Müdafiəçilər: Alfons Amade (“Hoffenhaym”), Tom Baak (“Bohum”), Florian Baak (“Herta”), Yan-Niklas Best (“Borussiya” D), Mika Hanrat (“Fortuna”), David-Cerom İtter, Can-Luka İtter (hər ikisi “Volfsburq”), Sven Sonnenberq (“Köln”)
 
Yarımmüdafiəçilər: Atakan Akkaynak, Kay Haverts (hər ikisi “Bayer” L), Yano Baxman (“Verder”), Yannis Kübler (“Karlsrue”), Arne Mayer (“Herta”), Sem Frankis Şrek (“Sankt-Pauli”)
 
Hücumçular: Renat Dadaşov (“Leypsiq”), Yari Otto (“Volfsburq)
 
Ehtiyat oyunçular: Ali Ferati, David Qrozinqer (hər ikisi “Ştutqart”), David Niland (“Volfsburq”), Nik Förster (“Ayntraxt” F), Ron Torben Hoffman, Timoti Tilman (hər ikisi “Bavariya”), Florian Krüqer, Timon Veyner (hər ikisi “Şalke”), Kinton Mayna (“Hannover”), Bennet Şauer (“Hamburq”), Killan Senkbeyl, Tim Şüler (hər ikisi “Leypsiq”), Jülien Şvermann, Dominik Vanner (hər ikisi “Borussiya” D) 

Xəbər xətti