Forvard Avstriya toplanışında yer alacaq
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki "İnter"in hücumçusu Ruaf Əliyevi yenidən milliyə qaytarmağa hazırlaşır.
Sportal.az azerisport.az-a istinadən xəbər verir ki, millimizin forvardı uzun müddət idi ki, zədə səbəbindən nə komandasına kömək edə bilirdi, nə də Azərbaycan yığmasına dəvət alırdı.
Amma bir müddət öncə zədəsini tam sağaldaraq "İnter"in oyunlarında iştirak etməyə başlayan Əliyevin milliyə də qayıdacağı gün uzaqda deyil. Belə ki, xorvatiyalı baş məşqçi mayın 24-dən iyunun 4-nə qədər Avstriyada baş tutacaq toplanışa dəvət alacaq.
saytlarin hazirlanmasi