İlk matçında...
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması bu gün Bakıda təşkil olunan Avropa çempionatının final mərhələsində ilk matçına çıxıb.
Sportal.az xəbər verir ki, A qrupunda mübarizə aparacaq Təbriz Həsənovun komandası ilk görüşündə Portuqaliya millisi ilə üz-üzə gəlib. Bakı Olimpiya Stadionunda keçirilən oyunda millimiz 0:5 hesabı ilə uduzub.
Qeyd edək ki, millimiz turnirdə ikinci oyununu Belçikaya qarşı keçirəcək. Mayın 8-də baş tutacaq matç saat 19:00-da başlayacaq.
5 may
20:00. Azərbaycan – Portuqaliya - 0:5
Qollar: Joze Qomes, 4 (0:1), 16 (0:2), Elçin Əsədov, 24-avtoqol (0:3), Migel Luis, 44 (0:4), Qedson Fernandes, 76 (0:5)
Bakı Olimpiya Stadionu