Təbriz Həsənov: "Onların hamısı legioner deyil"
17 yaşadək futbolçular arasında Bakıda təşkil olunan Avropa çempionatında Azərbaycan yığması ilk oyununu keçirib. Millimiz Olimpiya Stadionunda Portuqaliya milli komandasına 5-0 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında millimizin baş məşqçisi Təbriz Həsənov fikirlərini bildirib:
- Komandamızın böyükhesablı məğlubiyyətinin səbəbi nədi?
- Mən belə hesab gözləmirdim. Əsas məqsədimiz erkən qol buraxmamaq idi. Futbolçularımız erkən qollardan sonra necə oynadıqlarını bilmirdi. Rəqib bizdən hərtərəfli üstün idi. Hesab oyuna görə oldu.
- Millimiz son yoxlama oyunlarında yaxşı təsir bağışlamırdı. Olmaz ki, heyətdə dəyişikliklər edəsiniz?
- Mənim başqa yolum yox idi. Xahiş edirəm futbolçuların üzərinə çox getməyin. Qrupdan çıxmaq şansımız var. Çalışacağıq ki, bu şansdan yararlanaq. Bu yolda siz jurnalistlərin də köməyinizə ehtiyacımız var.
- Komandadanın hazırlığının qaydasında olmaması ilə razısınız?
- Heç kəs belə hesab olmasını istəmirdi. Bu günkü oyun çox zəif idik. Qarşıdakı oyunlarımız var. Özünüz də gördünüz ki, Portuqaliya çox üstün idi. Futbolçular əsas hazırlığını mənim yanımda yox, klublarında keçirlər.
- 6 legionerlə hesab 5-0 oldu. Daha neçə legioner lazımdı ki, hesab 2-0 olsun?
- Onların hamısı legioner deyil. Bəzi futbolçuların Azərbaycanla bağlılığı var. Bu gün meydanda özünü göstərmək istəyənlər də məhz xarici çempionatlarda çıxış edən futbolçular idi.
saytlarin hazirlanmasi