Qupu üçüncü sırada başa vurub
Bu gün 17 yaşadək futbolçular arasında Azərbaycanda keçirilən Avropa çempionatında A və B qruplarında son turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, milli komandamız sonuncu oyununa çıxıb.
Təbriz Həsənovun yetirmələri qrupun son matçında Şotlandiya ilə qarşılaşıb.Yığmamız şotlandları 1:0 hesabı ilə məğlub edərək turnirdə ilk qələbəsini qazanıb. Lakin digər oyunda heç-heçə qeydə alındığından milli komandamız qrup mərhələsini üçüncü pillədə başa vurub. A qrupundan Portuqaliya və Belçika yığmaları 1/4 finala adlayıb.
11 may
U-17 Avropa çempionatı, qrup mərhələsi
A qrupu
16:00. Şotlandiya - Azərbaycan - 0:1
Qol: Nəbiyev, 79 (0:1)
Qırmızı vərəqə: Hornbi, 80+4 (Şotlandiya)
Baş hakim: Sveyn Erik Edvartsen (Norveç).
Bakı. "Bakcell Arena".
16:00. Portuqaliya - Belçika - 0:0
Baş hakim: Ville Nevalaynen (Finlandiya).
Bakı. “Dalğa Arena”.